Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“Hazırda Moldovada müharibə riski yoxdur” –

User 02 İyun 2022 - 10:38 (Last updated: 21 May 2025 - 20:15)
moldova mudafie naziri

“Hazırda Moldovada müharibənin genişlənməsi riski yoxdur, lakin bu baş verərsə, o zaman ölkənin bütün silahlı qüvvələri dövlətin müdafiəsinə cəlb olunacaq”.

Bu fikri Moldovanın müdafiə naziri Anatoli Nosatiy yerli “Jurnal” telekanalının verilişində söyləyib.

“Gəlin şişirtməyək ki, böyük ordu var və sair. Aydındır ki, nə isə olarsa, bütün ordu Moldovaya tərəf gəlməyəcək. Gördüyümüz kimi, Rusiya Federasiyasının silahlı qüvvələri kifayət qədər geniş cəbhə boyu səpələnib”, – deyə müdafiə naziri əlavə edib.

Nazirin sözlərinə görə, Moldova hücuma məruz qalmayıb və əgər ölkəsi hücuma məruz qalarsa, o zaman milli müdafiə sisteminin bütün qüvvə və vasitələri dövlətin müdafiəsi üçün istifadə olunacaq.

Anatoli Nosatiy, həmçinin bəyan edib ki, Ukraynanın Nikolayev və Odessa vilayətləri birbaşa hərbi əməliyyatlar təhlükəsi altında olmadığı müddətcə Moldova təhlükəsizdir.

“Hesab edirəm ki, biz diqqətlə izləməliyik və bu istiqamətdə irəliləmə əlamətləri olarsa, bəzi hərəkətlərimizi dəyişdirməli və Moldova ərazisinə təsir edəcək potensial ssenarilərə cavab vermək baxımından daha fəal olmalıyıq. Biz çalışırıq ki, bu sahədə ekspertlərlə məsləhətləşək, vətəndaşları məlumatlandırmaq üçün düzgün mesajlar hazırlayaq və ən əsası düzgün hərəkət edək”, – deyə nazir bildirib.

Post navigation

Previous: Neftimiz birjalarda 125 dollardan satılır
Next: Üçüncü mərtəbədən yıxılan uşağı havada tutdular –

Oxşar xəbərlər

abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36

xƏBƏR

burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
2026-cı ilin noyabr ayının ortalarına qədər üç bürcün nümayəndələri mühüm düşünmə, prioritetləri yenidən nəzərdən keçirmə və dəyişikliklər...
Read more about Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir
ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı? abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi bas aqrisi
  • Maraqlı

Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi

User 22 Oktyabr 2026 - 21:00
“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.