“Heç bir terror qurumuna yardım etməmişəm…Bəraət istəyirəm!” –

Mübariz Mənsimov məhkəmədə çıxış edib
05 Mart 2021 - 14:12
“Mən bir daha əminliklə bəyan edirəm, heç bir zaman heç bir terror təşkilatına nə mənəvi nə də maddi yardım etməmişəm. Mən bəraətimi istəyirəm cəbab Hakim!”
Azpost.info bildirir ki, bu sözləri həbsdə olan azərbaycanlı milyonçu Mübariz Mənsimov bu gün İstanbulda keçirilən məhkəməsində çıxışı zamanı deyib.
Məlumatı “Palmali” şirkətinin mətbuat katibi Fidan Quliyeva yayıb.
“FETO kimi alçaq köpəklərə bir qəpik də yardım eləməmişəm. Mən sadəcə dövlətə, şəhid ailələrinə, tələbələrə yardım etmişəm və bunların hamısının sübutu var. Hörmətli heyət və başkandan istədiyim odur ki, arxanızda yazılan ” Adalet Mülkün Temelidir” sözünün bu gün menim dosyemda təcəlla etməsini, ədalətin yerini tapmasını xahiş edirəm. Və bəraətimi istəyirəm”-deyə M.Mənsimov vurğulayıb.