“Koçaryan Rusiyanın böyük dostudur” –Putinin mətbuat katibi eks-prezidenti "sadiq tərəfdaş" adlandırdı

Rusiya prezident Putinin mətbuat katibi Dmitri Peskov Ermənistanın sabiq prezidenti Robert Koçaryanı “Rusiyaya dost olan siyasətçi” adlandırıb. 

Azpost.info bildirir ki, bununla yanaşı o, Koçaryanın aktiv siyasi həyata qayıtması ilə bağlı qərarın Moskva ilə müzakirə edildiyinə dair fikirləri “absurd” adlandırıb.

“Ermənistandakı siyasi proses iştirakçılarının öz qərarlarını Rusiya prezidenti ilə razılaşdırmasına gərək yoxdur. Bu tamam absurd sualdır. Əlbəttə, Koçaryan Rusiyanın böyük dostudur. O, Rusiya ilə dərin əməkdaşlığın inkişaf etdirilməsinin sadiq tərəfdarıdır. Bu insan öz ölkəsinin inkişafına çox qüvvə sərf edib. Bütövlükdə Ermənistanın siyasətçilərinin böyük əksəriyyəti Rusiya ilə əməkdaşlığın möhkəmləndirilməsinin tərəfdarlarıdır. Bu bizim üçün əsas məsələdir”-deyə Peskov jurnalistlərlə söhbətində vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Vəkili Mübariz Mənsimova bəraət istədi

Sonrakı məqalə

“Heç bir terror qurumuna yardım etməmişəm…Bəraət istəyirəm!” –