“HƏMAS-ın dron hücumlarına cavabdeh olan komandiri öldürülüb”- İsrail ordusu

İsrail ordusu HƏMAS-ın hava hücumundan müdafiə əməliyyatları və dron hücumlarına cavabdeh olan Hərbi Hava Qüvvələrinin rəhbəri Asem Abu Raqabanın məhv edildiyini açıqlayıb.

Azpost.info xəbər verir ki, İsrail onun HƏMAS-ın oktyabrın 7-də ölkəyə qarşı hücumlarında əli olduğunu bildirib.

İsrail kəşfiyyatının məlumatına görə, fələstinli komandirin olduğu binaya İsrail qırıcısı zərbə endirib.

Bundan əvvəl İsrail ordusu HƏMAS-ın raket qüvvələrinin komandirlərindən Həsən əl-Abdullanın məhv edildiyini açıqlamışdı.

Azpost.info

Əvvəlki məqalə

HAMAS Hava Qüvvələrinin komandiri öldürülüb

Sonrakı məqalə

Sumqayıtdakı silahlı hücumla bağlı cinayət işi başlanıb