“HƏMAS-ın Moskvaya dəvət edilməsi terrora və vəhşiliyə dəstəkdir”- İsrail XİN

“İsrail HƏMAS-ın yüksək rütbəli rəsmilərinin danışıqlar üçün Rusiya paytaxtına dəvət edilməsini nalayiq addım sayır. Və bunu HƏMAS terroru və vəhşiliyinə dəstək kimi qiymətləndirir”.

Azpost.info xəbər verir ki, bunu İsrail Xarici İşlər Nazirliyindən bildiriblər.

Qeyd edək ki, HƏMAS-ın Siyasi Bürosunun üzvü Əbu Mərzukun başçılıq etdiyi nümayəndə heyəti dünən Rusiyaya gəlib. Moskvada HƏMAS-la danışıqlar zamanı Qəzzada əcnəbi girovların azad edilməsi məsələsi müzakirə olunub.

Azpost.info

Əvvəlki məqalə

Gəncə və Tovuzda itkin düşən məktəbli qızlar tapılıb

Sonrakı məqalə

Azərbaycanda 4 yayım operatorunun lisenziyası ləğv olunub