Fələstinin radikal HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs barədə xəbərləri təkzib edib.
Azpost.info xəbər verir ki, bu barədə “İzzət ər-Rişq” hərəkatının sözçüsü bildirib.
O, medianı HƏMAS-ın rəsmi açıqlamalarına əsaslanmağa çağırıb.
“Bəzi KİV-lərdə İsrail və Qərbdəki mənbələrə istinadən yayılan atəşkəs və Rəfah keçid məntəqəsinin açılması ilə bağlı məlumatlar reallığa uyğun deyil. Bütün media orqanlarından rəsmi olaraq HƏMAS-a aid olmayan mənbələrdən istifadə etməmələrini xahiş edirik”, – açıqlamada deyilir.
Azpost.info