“HƏMAS tamamilə məhv edilməlidir” –ABŞ Prezidenti

“Fələstinin radikal HƏMAS hərəkatı tamamilə məhv edilməlidir”.

Bu açıqlama ilə ABŞ prezidenti Co Bayden çıxış edib.

“Bəli, mən belə hesab edirəm” deyə Bayden CBS müxbirinin sualına cavab verib.

“Ancaq Fələstin hakimiyyəti olmalıdır. Fələstin dövlətinin mövcudluğu üçün bizə bir yol lazımdır”, – Amerika lideri əlavə edib. “İsrail indi bu yola gedəcəkmi?” sualına Bayden belə cavab verib: “İndi yox. Amma düşünürəm ki, İsrail fələstinlilərin əhəmiyyətli bir hissəsinin Həmas və Hizbullahın fikirlərini bölüşmədiyini anlayır”.

ABŞ prezidenti hesab edir ki, İsrailin Qəzza sektorunu işğal etməsi “böyük səhv” olardı. O qeyd edib ki, onun fikrincə, HƏMAS bütün Fələstin xalqını təmsil etmir. “İsrail Holokost kimi vəhşilikdə iştirak edən bir qrup insanı təqib edir” – deyə dövlət başçısı əlavə edib.

Amerika liderinin sözlərinə görə, ABŞ hərbçilərinin müharibədə iştirakına ehtiyac yoxdur. “İsrail dünyanın ən yaxşı ordularından birinə malikdir” -deyə Bayden vurğulayıb.

Prezident etiraf edib ki, İsrailin blokadası altında olan Qəzza zolağının sakinləri üçün humanitar dəhlizlərin açılması ilə bağlı danışıqlar gərgin gedir. Cənab Bayden blokada ilə razı olub-olmaması ilə bağlı suala belə cavab verib: “İsrailin müharibə qaydalarına uyğun hərəkət edəcəyinə əminəm”. Prezident əmin olduğunu deyib ki, mülki əhali dərman, yemək və su ala biləcək.

Azpost.info

Əvvəlki məqalə

“İsrail və Fələstində baş verənləri seyr edərkən ürəyim parçalanır” –

Sonrakı məqalə

“Qəzzada humanitar dəhlizləri təmin etmək lazımdır” –