Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Katogriyasız

“Heydər Əliyev dayı kimi çox mehriban idi”-

User 12 Dekabr 2025 - 17:20 (Last updated: 12 Dekabr 2025 - 16:49)
fexriye

Əməkdar incəsənət xadimi, Heydər Əliyevin bacısının qızı Fəxriyyə Xələfova Ümummilli liderlə bağlı xatirələrini bölüşüb.

O bu barədə Globalinfo.az-a danışıb.
“Fəaliyyətimin əvvəlində, daha dəqiq desəm, 2000-ci ildə Bakıda ilk Beynəlxalq Moda Festivalını təşkil etdim. Moda anlayışını daha aydın təqdim etmək üçün tanınmış dizaynerlərin ölkəmizə dəvət olunmasını vacib saydım. Bu məqsədlə dünyaca məşhur mərhum modelyer Valentin Yudaşkini ölkəmizə çağırdım. Bu barədə mətbuatda yazılar dərc olundu. Heydər Əliyev mətbuatı daim izlədiyindən xəbəri qəzetdən oxuyub bizi Prezident Sarayına rəsmi qəbuluna dəvət etdi. Görüşdə əsasən milli dəbin inkişafı ilə bağlı söhbət etdik. Heydər Əliyev böyük siyasətçi olsa da, mədəniyyətin bütün sahələrini dərindən bilir və təhlil edirdi. Bizimlə geniş müzakirələr apardı. Valentin Yudaşkin hətta etiraf etdi ki, o, Heydər Əliyevi hələ sovet dövründən bir modelyer kimi izləyir və ona pərəstiş edir. Dedi ki, belə bir böyük siyasətçi ilə eyni məkanda olmaq onun üçün inanılmazdır. Yudaşkin Heydər Əliyevin özünəməxsus geyim üslubu ilə seçildiyini də vurğuladı. Doğrudan da, Ulu öndərin geyimləri həmişə mövsümə uyğun seçilirdi. Gənc yaşlarında da eleqant kostyum və şlyapada çəkilmiş fotoları var və orada da hər detal incəliklə düşünülüb. Bu, daxili zövqün göstəricisidir”, – o deyib.
F.Xələfova Heydər Əliyevin dayı kimi çox mehriban olduğunu da bildirib:
“Xüsusi günlərdə, xüsusilə də doğum günlərində bir araya gələrdik. Bu görüşləri əsasən Zərifə Əliyeva təşkil edirdi. Məktəbdə oxuduğumuz dərslərimiz barədə soruşar, fənlərlə bağlı suallar verər, təhsilimizə diqqətlə yanaşmağı tapşırardı. Ailə mühitində də geyimə münasibət xüsusi idi, orada da zövq özünü göstərirdi. Dayı kimi bizə çox qayğı göstərirdi. Vaxtı az olsa da, hər birimizlə maraqlanmağa çalışırdı. Evində böyük kitabxana vardı, orada nadir kitablar və gözəl atlaslar toplanmışdı. O atlaslar vasitəsilə bizə dünyanı tanıdırdı. 1970-80-ci illərdə internet olmadığı üçün onun bu yanaşması bizim üçün böyük məktəb idi”.
Fəxriyyə Xələfova incəsənətə gəlməsi üçün Heydər Əliyevin xeyir-duasını aldığını qeyd edib:
“Bir dəfə onlarda olan zaman nə ilə məşğul olmaq istədiyimi soruşanda, Bakı Dövlət Universitetinin biologiya fakültəsində oxumağıma baxmayaraq, moda ilə məşğul olmaq arzumun olduğunu dedim. Onun bu istəyimə münasibəti mənim üçün çox maraqlı idi. Mənə təbəssümlə xeyir-dua verdi. Halbuki o vaxt moda ilə peşəkar məşğul olmurdum, bu, sadəcə arzu idi. İllər sonra isə həmin arzum reallaşdı. İlk addımlarım zamanı, dediyim kimi, Heydər Əliyev məni və Yudaşkini rəsmi qəbul etdi”.

AzPost.az

Post navigation

Previous: Futbol üzrə dünya çempionatının bilet qiymətləri “əl yandırır” –
Next: “Wizz Air” 60 milyonuncu sərnişinini qarşılayıb

Oxşar xəbərlər

erdo susa02
  • Katogriyasız

Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı?

User 08 Noyabr 2026 - 18:05
valyuta
  • Katogriyasız

Bu günə olan valyuta məzənnələri

User 21 Oktyabr 2026 - 09:41
sabah uefa
  • Katogriyasız

“Sabah” “Borussiya”ya məğlub oldu – Çempionlar Liqası

User 20 Oktyabr 2026 - 23:24

xƏBƏR

ilham bayraq
  • Baş Yazı

Azərbaycanda Dövlət Bayrağı Günüdür

User 09 Noyabr 2026 - 00:45
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti...
Read more about Azərbaycanda Dövlət Bayrağı Günüdür
Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək? ilham er03
  • Siyasət

Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək?

User 08 Noyabr 2026 - 23:53
“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP tramp iran
  • Dünya

“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP

User 08 Noyabr 2026 - 23:31
Ərdoğanın Azərbaycana səfəri başa çatıb erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.