Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Memorandum imzalanıb

User 26 Aprel 2024 - 20:17 (Last updated: 21 May 2025 - 20:15)
fond

Aprelin 26-da Heydər Əliyev Fondunda Türkiyənin Sıfır Atık Fondunun nümayəndələri ilə görüş keçirilib.

Görüşdə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Fondun fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr haqqında danışıb.

2004-cü il mayın 10-da yaradılan və bu il fəaliyyətinin 20 ili tamam olan Heydər Əliyev Fondunun prioritet sahələrindən birinin ətraf mühitin qorunması üzrə layihələr olduğunu bildirən Anar Ələkbərov Fondun bu istiqamətdə reallaşdırdığı və nəzərdə tutulan tədbirlərini diqqətə çatdırıb.

Görüşdə bu il Azərbaycanın COP29 kimi mühüm beynəlxalq tədbirə ev sahibliyi edəcəyi, ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulduğu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş ərazilərimizi “Yaşıl enerji” zona elan etdiyi, həmin ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsinin planlaşdırıldığı bildirilib. Qeyd edilib ki, Heydər Əliyev Fondu ətraf mühitin qorunması istiqamətindəki layihələri ilə ölkəmizdə bu sahədə reallaşdırılan işlərə önəmli dəstək verir.

Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə yaradılan Sıfır Atık Fondunun Qəyyumlar Şurasının sədri Samed Ağırbaş təmsil etdiyi qurumun əsas məqsədinin ətraf mühitin, insan sağlamlığının qorunması olduğunu bildirib, tullantı sularının təkrar istifadəsi və emalının təşviqi kimi məsələlərə xüsusi önəm verdiklərini və bu istiqamətdə həyata keçirilən layihələri qeyd edib.

Görüşdə Heydər Əliyev Fondu ilə Sıfır Atık Fondu arasında COP29 çərçivəsində, eyni zamanda, ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığı, mədəni mübadilənin təşviqi və mədəni irsin qorunması sahəsində birgə layihələri nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.

Post navigation

Previous: Prezident İlham Əliyevin BƏƏ-nin texnologiyalar naziri ilə görüşü keçirilib
Next: Prezident İlham Əliyevin Almaniya Prezidenti ilə geniş tərkibdə görüşü keçirilib

Oxşar xəbərlər

aqac
  • Sosial

Sumqayıtda ağacəkmə aksiyası keçirilib

User 23 Oktyabr 2026 - 13:17
istiler
  • Sosial

2026-cı ilin yayında Avropada 50 min insan istidən ölüb

User 23 Oktyabr 2026 - 13:00
DIN
  • Sosial

Borca görə axtarışda olan 88 nəfər saxlanılıb

User 23 Oktyabr 2026 - 10:00

xƏBƏR

aqac
  • Sosial

Sumqayıtda ağacəkmə aksiyası keçirilib

User 23 Oktyabr 2026 - 13:17
Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində pilot yaşıllıq zonasının yaradılması məqsədilə ağacəkmə aksiyası təşkil olunub. Ekologiya və Təbii...
Read more about Sumqayıtda ağacəkmə aksiyası keçirilib
Kitab Sərgisində Musa Yaqubun “Gül bağçası” kitabı təqdim olundu musa02
  • Mədəniyyət

Kitab Sərgisində Musa Yaqubun “Gül bağçası” kitabı təqdim olundu

User 23 Oktyabr 2026 - 13:11
2026-cı ilin yayında Avropada 50 min insan istidən ölüb istiler
  • Sosial

2026-cı ilin yayında Avropada 50 min insan istidən ölüb

User 23 Oktyabr 2026 - 13:00
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib ilham ferhad
  • Baş Yazı

Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib

User 23 Oktyabr 2026 - 12:58
2027-ci ilin büdcəsi: Dövlət hansı sahələrə daha çox pul ayıracaq? – TƏHLİL BUDCE02
  • Baş Yazı

2027-ci ilin büdcəsi: Dövlət hansı sahələrə daha çox pul ayıracaq? – TƏHLİL

User 23 Oktyabr 2026 - 11:59
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.