Hindistan Azərbaycana hərbi təyinatlı məhsullar satıb

Hindistan 2019-cu ildə Azərbaycan daxil olmaqla 42 ölkəyə müdafiə təyinatlı məhsullar ixrac edib.

“AzeriDefence”nin Hindistan mediasına istinadən verdiyi məlumata görə, bu barədə Hindistanın müdafiə naziri Şripad Naik bildirib.

Nazirin sözlərinə görə, rəsmi Dehli qarşıdakı 5 il ərzində 5 milyard dollar dəyərində hərbi texnika ixrac etməyi hədəfləyir.

Nazir 2019-cu ildə ABŞ, Avstraliya, Finlandiya, Fransa, Almaniya, İsrail, Cənubi Afrika və İsveçlə yanaşı ilk dəfə Azərbaycan, Seyşel adaları, Estoniya, İndoneziya, Qvineya və Filippinə hərbi təyinatlı məmulatların satışına nail olunduğunu açıqlayıb.

2019-cu ildə Hindistan müdafiə sənayesi Azərbaycana dəbilqələr, zireh lövhələri, partlayıcı maddələri daşımaq üçün çanta və örtüklər ixrac edib.

Qeyd edək ki, Hindistanda dəbilqə və zireh istehsalı üzrə ixtisaslaşmış MKU şirkəti əvvəlki illərdə Ermənistana böyük həcmli dəbilqə, zirehli gödəkcə və gecəgörmə cihazları satış etdiyi üçün Azərbaycanın bir neçə hərbi qurumu bu şirkətin məhsulunu almaqdan imtina etmişdi. Adıçəkilən şirkətin Ermənistana sərmayə qoymasına, korrupsioner erməni ordu dairələri ilə əlaqə yaradaraq “Lubawa Armenia” erməni-polyak birgə müəssisəsini bazardan sıxışdırmasına dair məlumatlar mövcuddur. Adıçəkilən şirkət ucuz qiymətli və keyfiyyəti zəif məhsullarla bir çox ölkələrdə rəqiblərini bazardan sıxışdırıb çıxarmağa, hətta yerli istehsalı “öldürməyə” nail olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Pelenin vəziyyəti yenidən pisləşib

Sonrakı məqalə

Məhkəmə Cahangir Hacıyevin cəzasını azaldıb –