Baş nazir Narendra Modinin Moskva və Kiyevə səfərindən sonra Hindistan Ukraynada sülhün bərqərar olmasına dost kimi töhfə verməyə çalışacaq.
Azpost.info xəbər verir ki, bu barədə Hindistanın NDTV telekanalı hökumətdəki mənbələrə istinadən məlumat yayıb.
Baş nazirin milli təhlükəsizlik üzrə müşaviri Ajit Doval Rusiya-Ukrayna münaqişəsinin həlli imkanlarını müzakirə etmək üçün bu həftə Moskvaya səfər edəcək.
Modi avqustun 23-də prezident Ukrayna lideri Vladimir Zelenski ilə görüşüb. Həmin vaxt Doval da Hindistan nümayəndə heyətinin tərkibində olub. Avqustun 27-də Modi Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb. NDTV mənbələri bildiriblər ki, məhz bu söhbət zamanı Dovalın sülh danışıqlarını müzakirə etmək üçün Moskvaya gəlməsi qərara alınıb.
Səfərin təfərrüatları hələlik məlum deyil.
Azpost.info