Hindistanda Cammu və Kəşmir ştatının yerində iki müttəfiq ərazi yaradılıb

Hindistan hökumətinin ölkənin şimalında müttəfiq Cammu-Kəşmir və Ladakh ərazilərinin yaradılması barədə qanunu formal olaraq qüvvəyə minib.

Azərtac NDTV telekanalına istinadla xəbər verir ki, Hindistanın Baş Naziri Narendra Modi Cammu və Kəşmir ştatına xüsusi status verən konstitusiyanın 370-ci maddəsinin regiona yalnız separatçılıq və terror gətirdiyini deyib. “Bu maddə səbəbindən regionda baş qaldıran münaqişə son 30 il ərzində 40 min insanın həyatına son qoyub”, – deyə Hindistan lideri bildirib.

Xatırladaq ki, avqustun 5-də Nyu-Dehli konstitusiyanın 370-ci maddəsinin aradan qaldırılaraq Cammu və Kəşmir ştatının ləğv olunduğunu və bu regionda Cammu-Kəşmir və Ladakh adlı iki müttəfiq ərazi yaradıldığını elan edib. Qonşu Pakistan Hindistanın bu qərarını sərt tənqid edib. Bundan sonra regionda gərginlik daha da artıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Xəzər dənizinin səviyyəsi 18 sm azalıb

Sonrakı məqalə

Ağstafa rayonunda silahlı insident