Xəzər dənizinin səviyyəsi 18 sm azalıb- Mərkəz sədrindən açıqlama

“Yağıntıların azalması və temperaturun artması nəticəsində Xəzər dənizində suyun səviyyəsi ötən illə müqayisədə 18 santimetr azalıb”.

APA-nın Tehran bürosunun xəbərinə görə, bunu İranın Xəzər dənizi üzrə Milli Araşdırmalar Mərkəzinin sədri Seyid Məsumə Bəni Haşimi deyib.

O bildirib ki, Azərbaycan, Rusiya və Qazaxıstanda yağıntıların azalması Xəzərin səviyyəsinin enməsinə səbəb olub.

“Habelə Xəzər dənizinə tökülən Volqa çayında suyun azalması da əsas səbəblər arasındadır”, – deyə Mərkəzin sədri vurğulayıb.

Qeyd edək ki, Xəzər dənizinə irili-xırdalı 130 çay tökülür. Onların arasında əsas yeri Volqa (80%), Kür (6%) və Ural (5%) çayları tutur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Dini icmaların fəaliyyətinə nəzarət kifayət qədər güclüdür”

Sonrakı məqalə

Hindistanda Cammu və Kəşmir ştatının yerində iki müttəfiq ərazi yaradılıb