Hindistanda iki başı, iki ürəyi, üç qolu olan uşaq dünyaya gəlib –FOTO

Hindistanda iki başı, iki ürəyi və üç qolu olan oğlan uşağı dünyaya gəlib.

Azpost.info xəbər verir ki, bu barədə “The Mirror” məlumat yayıb. Nə həkimlər, nə də yeni doğulmuş körpənin anası hadisələrin bu dönüşünə hazır olub. Hamiləlik dövründə aparılan ultrasəs müayinəsi zamanı heç bir problem aşkarlanmayıb. Doğuşdan əvvəl qadına əkiz uşaq gözlədiyi bildirilib. Ratlam şəhər sakini olan Şahin Xan adlı qadının əkizlərinin siam olduğu ortaya çıxıb. Onların ümumi bədəni və digər orqanları var. Əlavə qol isə geriyə dönükdür. Hazırda körpə xəstəxanada həkim nəzarəti altındadır. “Belə hallar nadir baş verir. Ona görə də uşağın vəziyyətini qiymətləndirmək çətindir. Xüsusən də ilk günlərdə. Ona görə də onu nəzarətə götürdük. Heç bir cərrahi əməliyyat keçirməyi planlaşdırmırıq”, həkimlərdən biri deyib.

Azpost.info

Əvvəlki məqalə

“Rusiyanın nüvə arsenalının böyük hissəsi ABŞ-a yönəlib” – “Popular Mechanics”

Sonrakı məqalə

Azərbaycanda daha 56 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib