Hindistanın şərqində yerləşən Qərbi Benqaliya ştatında son 24 saat ərzində azı 27 nəfər ildırım vurması nəticəsində həlak olub.
“The Times of India” qəzeti xəbər verir ki, ölüm halları ştatın altı dairəsində qeydə alınıb. Həyatını itirənlərdən üçünün qadın olduğu bildirilir.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, hadisəyə fövqəladə xidmətlərin yüksək təhlükə səviyyəsi elan etmələrinə baxmayaraq, insanların əkin sahələrində işləməsi səbəb olub.
Qərbi Benqaliya hökuməti həlak olanların ailələrinə başsağlığı verib, həmçinin ştat əhalisini regionda davam edən leysan yağışları və ildırımlı hava şəraiti ilə bağlı təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırıb.