Livanın “Hizbullah” hərəkatı İsrail Müdafiə Qüvvələrinin Livanın cənub sərhədi yaxınlığındakı mövqelərinə raket zərbələri endirib.
Azpost.info-nun məlumatına görə, bu barədə RİA Novosti-yə mənbə bildirib.
Cümə axşamı hərəkatın lideri Həsən Nəsrullah, Hizbullah lideri Fuad Şükr və Həmas Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin İsrail tərəfindən öldürülməsi ilə bağlı danışarkən bildirib ki, hərəkat Qəzzaya dəstək cəbhəsi çərçivəsində cümə günündən etibarən İsrail ordusunun mövqelərinə yenidən hücumlara başlayıb.
“Livan Hizbullahı hərəkatı Livanın cənub sərhədi yaxınlığındakı İsrail ordusunun mövqelərinə raket zərbəsi endirib”, – mənbə bildirib.