Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

“Səbəbkarlardan biri Nəcməddin Sadıkovdur, o da ifadə verməlidir” –

User 02 Avqust 2024 - 09:05 (Last updated: 21 May 2025 - 20:15)
zahid slyapa

Müdafiə Nazirliyinin (MN) Daxili Təhlükəsizlik, həmçinin, Təhsil-tədris və Elmi Tədqiqatlar İdarəsinin sabiq baş zabiti, külli miqdarda mənimsəmədə ittiham olunan Zahid Niftəliyevin (“Şlyapa Zahid”) cinayət işi üzrə məhkəmə baxışı başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə Zahid Niftəliyevin vəkili Əli Adıgözəlov bir neçə vəsatət qaldırıb.

 

O bildirib ki, Zahid Niftəliyevin həbsdə olmasının səbəbkarlarından biri “ATABank”ın İdarə Heyətinin sədri Dəyanət Quliyevdir: “Məhkəmədən xahiş edirəm ki, Dəyanət Quliyevin dindirilməsi təmin edilsin. Eyni zamanda bu işin səbəbkarlarından biri də sabiq baş qərargah rəisi Nəcməddin Sadıkovdur. Həmin şəxslə mərhum vergilər naziri Fazil Məmmədov arasında kreditin verilməsi ilə bağlı razılıq olub. Biz bununla bağlı istintaq materialları təqdim etsək də, Nəcməddin Sadıkov dindirilməyib. Xahiş edirəm ki, həmin şəxs də məhkəməyə çağırılaraq dindirilsin.”

Vəkil, həmçinin, bildirib ki, “ATABank”ın xəzinədarı Barat Heydərov istintaqa Z. Niftəliyevə kassadan 24 milyon manat çıxarıb verdiyini deyib. Müdafiəçi həmin şəxsin də məhkəmədə dindirilməsini xahiş edib. Daha sonra vəkil bildirib ki, müvəkkili istintaq materialları ilə tanış olmaq istəyir. Dövlət ittihamçısı isə bildirib ki, istintaq orqanı tərəfindən təqdim olunan materiallar əsaslıdır. O, verilən vəsatətləri əsassız sayıb. Qısa müşavirədən sonra hakim heyəti qərarı elan edib.

Bildirilib ki, hazırkı mərhələdə vəsatətlər baxılmamış saxlanılır, onlara növbəti mərhələdə baxıla bilər. Prosesdə “ATABank”ın mümayəndəsi Z. Niftəliyevə qarşı 24 milyon 234 min manatlıq mülki iddia qaldırıb. Məhkəmə iddianı icraata qəbul edib. Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib. Z. Niftəliyev isə özünü təqsirli bilməyərək ittihamı qəbul etmədiyini deyib. O, həmçinin, cinayət işinin materialları ilə tanış olmaq istədiyini bildirib. Proses sentyabrın 25-də davam etdiriləcək.

Qeyd edək ki, Zahid Niftəliyev rüşvət almaqda ittiham olunaraq bir müddət əvvəl həbs olunub. Ona Tərtər Hərbi Məhkəməsinin hökmü ilə ona şərti cəza verilib, azadlığa buraxılıb. Daha sonra o, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İstintaq baş idarəsi tərəfindən həbs edilib.

İstintaq dövründə Gəncə Apellyasiya Məhkəməsi prokurorluğun Tərtər Hərbi Məhkəməsinin hökmü ilə bağlı protestini təmin edib. Z.Niftəliyev vəzifə saxtakarlığı və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bundan başqa Z. Niftəliyev hazırda məhkəmədə araşdırılan cinayət işi üzrə öz adına formal şirkət açaraq “ATABank”dan götürülmüş 42 milyon manat kredit vəsaiti üzrə çıxarılmış məhkəmə qətnaməsini qərəzli olaraq icra etməyib. (APA)

Post navigation

Previous: “Hizbullah” İsrail ordusunun mövqelərinə raket zərbələri endirib
Next: 2 avqust Azərbaycanda kino günüdür

Oxşar xəbərlər

market
  • Baş Yazı

Ölkədə ailənin ərzaq xərci nə qədər artıb? – Ən çox hansı məhsullar bahalaşıb?

User 28 Oktyabr 2026 - 14:34
enerji
  • Baş Yazı

Azərbaycanın elektrik ixracı 67% azalıb – ölkə niyə xaricə daha az enerji satır?

User 28 Oktyabr 2026 - 12:26
ilham forum cixis
  • Baş Yazı

Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunda ÇIXIŞI -TAM MƏTN

User 27 Oktyabr 2026 - 16:58

xƏBƏR

Avropanın çığır-bağırı Trampın vecinə də deyil
  • Dünya

Tramp İranla danışıqların bərpası barədə Vensə göstəriş verdiyini təkzib etdi

User 29 Oktyabr 2026 - 11:18
ABŞ Prezidenti Donald Tramp vitse-prezident Cey Di Vensə İranla danışıqları bərpa etmək barədə göstəriş verdiyini təkzib edib....
Read more about Tramp İranla danışıqların bərpası barədə Vensə göstəriş verdiyini təkzib etdi
Ceyhun Bayramov Türkiyəyə getdi ceyhun ukr
  • Siyasət

Ceyhun Bayramov Türkiyəyə getdi

User 29 Oktyabr 2026 - 11:09
Azərbaycanda həbsxanada 21 uşaq dünyaya gəlib həbsxana
  • Sosial

Azərbaycanda həbsxanada 21 uşaq dünyaya gəlib

User 29 Oktyabr 2026 - 10:29
Azərbaycanda 119 nəfər saxlanıldı – 94-ü borclu şəxslərdir polis
  • Kriminal

Azərbaycanda 119 nəfər saxlanıldı – 94-ü borclu şəxslərdir

User 29 Oktyabr 2026 - 10:26
Sabah Milli Məclis Yeni Ombudsmanı seçəcək sebine ombudsman
  • Sosial

Sabah Milli Məclis Yeni Ombudsmanı seçəcək

User 29 Oktyabr 2026 - 10:21
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.