“Hizbullah müharibədən çəkinsə, buna hörmətlə yanaşacağıq” –İsrailin müdafiə naziri

“Hizbullah müharibə yolunu seçərsə, buna görə çox yüksək bədəl ödəməli olacaq”.

Azpost.info Reuters-ə istinadən  xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qallant deyib.

“Ancaq bitərəf qalsa, hər iki tərəfdən atışma olmasına baxmayaraq, biz buna hörmətlə yanaşacağıq və vəziyyəti olduğu kimi saxlayacağıq. Biz şimalda müharibədə maraqlı deyilik, vəziyyətin gərginləşməsini istəmirik”, – deyə Qallant vurğulayıb.

Əvvəlki məqalə

İsrailin paytaxtı və 8 şəhəri raket atəşinə tutulub

Sonrakı məqalə

Xankəndiyə komendant təyin edilib