“Hizbullah”ın elit “Radvan” bölməsinin yüksək rütbəli komandiri Visam ət-Tavil Livanda İsrail ordusunun zərbəsi nəticəsində həlak olub.
Azpost.info xəbər verir ki, Visam ət-Tavil bölmə rəisinin müavini vəzifəsini tuturdu.
Onunla birlikdə adı açıqlanmayan daha bir Hizbullah döyüşçüsü öldürülüb.
Oktyabrın 7-dən bəri İsrailin Livanın cənubunu bombalaması nəticəsində 130-dan çox “Hizbullah” üzvü həyatını itirib.
Azpost.info