2023-cü ilin 11 ayı ərzində Rusiyada ordu ilə bağlı “saxta xəbər yaymaq” maddəsi ilə 135 cinayət işi açılıb.
Azpost.info xəbər verir ki, 70 nəfərə qarşı iddialar istintaq orqanları tərəfindən məhkəmələrə göndərilib.
Bu barədə Rusiya Baş Prokurorluğu məlumat yayıb.
2022-ci ildə bu maddə ilə 187 iş başlanmış, onlardan 78-i məhkəməyə göndərilmişdi.
Eyni zamanda ötən il 69 mindən çox sayt bloklanıb və ya silinib. Baş Prokurorluq “Roskomnadzor”a bloklamaq üçün 555 sorğu göndərib.
2022-ci ildə müvafiq rəqəmlər daha yüksək olub: 853 bloklama sorğusu üçün 128 min internet resursu silinib və ya bloklanıb.
Azpost.info