Hökumətə yeni layihə təqdim edilib- Xaricdəki aztəminatlı azərbaycanlılarla bağlı

Diasporla İş üzrə Dövlət Komitəsində (DİDK) soydaşlar və diaspor təşkilatları haqqında qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə əlaqədar qurumların nümayəndələrinin iştirakı ilə müvafiq işçi qrup yaradılıb.

“Report” xəbər verir ki, bu istiqamətdə xarici təcrübə öyrənilərək təkliflər hazırlanıb və nəzərdən keçirilir.

Eyni zamanda, aidiyyəti dövlət qurumları ilə razılaşdırılaraq hazırlanan “Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi qaydası” layihəsi Nazirlər Kabinetinə təqdim edilib.

Qeyd edək ki, ötən il “Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi qaydası”nın formalaşdırılması üzərində işlər aparılırdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İcra başçısının koronavirus testinin nəticəsi açıqlanıb

Sonrakı məqalə

Karantindən sonra səfərə gedib-qayıdanlar karantinə yerləşdiriləcəkmi?