Hollivud ssenaristləri tətil edib, TV-də populyar şoular dayandırıldı

ABŞ-da gecə saatlarında ən populyar əyləncə şoularının yeni epizodlarının buraxılışı Hollivud ssenaristlərinin tətili səbəbindən dayandırılacaq. Bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

“Cimmi Fellon ilə gecə şousu”, “Stiven Kolber ilə gecə şousu”, “Cimmi Kimmel birbaşa efirdə”, “Set Mayers ilə gecə yarıdan keçmiş” kimi televiziya verilişlərində fasilə yaranıb. NBC, ABC və CBS bu televiziya verilişlərinin əvvəlki epizodlarını təkrar yayımlamaq məcburiyyətində qalacaq.

Məlumata görə, məşhur gecə şoularının aparıcıları tətil başlayacağı təqdirdə hərəkətlərini əlaqələndirmək məqsədilə son bir neçə həftə ərzində müntəzəm olaraq zəngləşiblər.

Ssenaristlər “Netflix”, “Amazon”, “The Walt Disney”, “Paramount” və “Apple TV” şirkətləri ilə yeni sazişlər bağlanması və əməkhaqqı artımı haqqında altı həftəlik danışıqlardan sonra tətilə başlamağı qərara alıblar.

Azpost.info

Əvvəlki məqalə

“Hadisələri qabaqlamayaq” –

Sonrakı məqalə

Rusiyada dəmir yolu xətti yenidən partladılıb