Honkonqda yenidən aksiyalar başlayıb –

Polis gözyaşardıcı qaz tətbiq edib
01 Dekabr 2019 - 16:09

Honkonqda etiraz aksiyaları davam edir.

APA-nın “South China Morning Post” qəzetinə istinadən verdiyi məlumata görə, bu gün polis Çimsaçey rayonunda küçələrə çıxan aksiyaçıları dağıtmaq üçün gözyaşardıcı qaz tətbiq edib.

Hökumət əleyhinə keçirilən aksiyaya 10 minə qədər qara paltar geyinmiş insan qatılıb. Bir həftə əvvəl yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərdə müxalifət yerlərin çoxuna sahib olsa da, yenidən aksiyaların başlaması aksiyaçıların tələblərinin qüvvədə qaldığını göstərir.