Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Hörmüzün bağlanması ilə Körfəz ölkələri 15 milyard dollar itirib

User 14 Mart 2026 - 10:14 (Last updated: 14 Mart 2026 - 13:10)
Hörmüz boğazı

Hörmüz boğazı

Fars körfəzi ölkələrinin neft hasilatı ilə məşğul olan şirkətləri Hörmüz boğazının bağlanması səbəbindən təxminən 15,1 milyard dollar gəlir itirib.

Bu barədə “Financial Times” nəşri ekspertlərə istinadən məlumat yayıb.

Hesablamalara görə, Hörmüz boğazının faktiki bağlanması ən çox Səudiyyə Ərəbistanına zərbə vurub. Belə ki, bu ölkə neft ixracından 4,5 milyard dollar gəlir itirib. Qətərin “Qatar Energy” neft-qaz şirkəti 2-11 mart tarixləri arasında neft hasilatının dayandırılması səbəbindən təxminən 571 milyon dollar gəlirdən məhrum olub.

Ekspertlər hesab edirlər ki, neft məhsullarının hasilatı və tədarükündəki fasilələrdən ən ciddi zərəri büdcə daxilolmalarının 90%-i neft hasilatından asılı olan İraq çəkə bilər. Qətər və Küveyt də boğazın bağlanmasının mənfi fəsadları ilə üzləşə bilər, lakin qısamüddətli perspektivdə bu ölkələr öz suveren fondlarının vəsaitlərindən istifadə edə bilərlər.

Məlumata görə, Hörmüz boğazında qalan gəmilərdəki neft məhsullarının və mayeləşdirilmiş təbii qazın dəyəri azı 10,7 milyard dollar təşkil edir.

Qeyd edək ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları başlamamışdan əvvəl boğazdan gün ərzində orta hesabla 1,2 milyard dollar dəyərində enerji resursları daşınırdı. Ötən gün yayımlanmış bəyanatında İranın yeni Ali Lideri Müctəba Xamenei Hörmüz boğazının bağlı qalmalı olduğunu bildirib.

AzPost.az

Post navigation

Previous: Azərbaycan neftinin qiyməti 109 dolları ötüb
Next: İranın Xarq adasındakı neft terminalına zərər dəyməyib

Oxşar xəbərlər

Pensiya
  • İqtisadiyyat

Bakı, Sumqayıt və Abşeron üzrə noyabrın pensiyaları ödənilib

User 13 Noyabr 2026 - 12:09
valyuta
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 13 Noyabr 2026 - 09:37
bank
  • İqtisadiyyat

Azərbaycanda banklarda pul artır – İnsanlar niyə pullarını evdə deyil, bankda saxlayır?

User 12 Noyabr 2026 - 09:37

xƏBƏR

pehriz qida
  • Maraqlı

Arıqlamaq istəyənlər axşam bu yeməyi yesin – Dietoloqdan ideal resept

User 14 Noyabr 2026 - 23:07
Arıqlamaq istəyən bir çox insan üçün axşam yeməyi əsl sınağa çevrilə bilər. Həm aclığı aradan qaldıran, həm...
Read more about Arıqlamaq istəyənlər axşam bu yeməyi yesin – Dietoloqdan ideal resept
“Bandotdel” Ramiz Mehdiyevin qızının vəkilini saxladı ramiz qizi
  • Sosial

“Bandotdel” Ramiz Mehdiyevin qızının vəkilini saxladı

User 14 Noyabr 2026 - 21:33
Dublində dünya liderlərinin olduğu məkanın yaxınlığında bomba tapıldı dublin
  • Dünya

Dublində dünya liderlərinin olduğu məkanın yaxınlığında bomba tapıldı

User 14 Noyabr 2026 - 20:06
Tramp İranla müharibənin başa çatdığını bildirib tramp cixis
  • Dünya

Tramp İranla müharibənin başa çatdığını bildirib

User 14 Noyabr 2026 - 18:39
Azərbaycanda iş tapmaq daha asan olan sahələr – Hansı peşələrə tələbat artır? is yeri
  • Baş Yazı

Azərbaycanda iş tapmaq daha asan olan sahələr – Hansı peşələrə tələbat artır?

User 14 Noyabr 2026 - 17:26
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.