Hörümzdə əməliyyatın dayandırılmasını Trampdan kim xahiş edib?

Pakistan Baş naziri Şahbaz Şərif ABŞ Prezidenti Donald Trampa Hörmüz boğazında “Project Freedom” (Azadlıq Layihəsi) əməliyyatının dayandırılması ilə bağlı qərarına görə təşəkkür edib.

Şahbaz Şərif bunu “X” hesabında yazıb.

Baş nazir bildirib ki, Trampın Pakistan və digər dost ölkələrin, xüsusən Səudiyyə Ərəbistanı və vəliəhd şahzadə Məhəmməd bin Salmanın müraciətinə müsbət cavabı regionda sülh və sabitliyin təşviqinə mühüm töhfə verəcək.

O vurğulayıb ki, Pakistan gərginliyin azaldılması və münaqişələrin dialoq və diplomatiya yolu ilə həllinə yönəlmiş bütün təşəbbüsləri qətiyyətlə dəstəkləməyə davam edəcək.

“Pakistan təmkinin təşviqinə, münaqişələrin dialoq və sülh yolu ilə həllinə yönəlmiş bütün səyləri qətiyyətlə dəstəkləməyə sadiq qalır. Biz çox ümid edirik ki, hazırkı dinamika regionda və ondan kənarda davamlı sülh və sabitliyi təmin edəcək uzunmüddətli razılaşmaya gətirib çıxaracaq”, – Baş nazir qeyd edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.