“Hotellərə ulduzların verilməsi qiymətlərə öz təsirini göstərəcək”.
APA-nın məlumatına görə, bunu Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmit bildirib. Onun sözlərinə görə, bu sistemin tətbiq olunmasının ilkin nəticələri də bu olacaq:
“Hotellər öz ulduz dərəcələrinə uyğun xidmət təklif etməklə qiymətləri müəyyənləşdirəcəklər. Əsas məqsədimiz hər hansı hoteli cəzalandırmaq deyil. Əksinə onun xidmət keyfiyyətini layiq olduğu hotel səviyyəsinə qaldırmaqdır. Ümid edirik ki, bu standartlarla və müəyyən işləri həyata keçirməklə bütün ulduzlara malik olan hotellər öz ulduz dərəcələrinə çatacaqlar. Yəni məqsədimiz xidmət keyfiyyətini yüksəltmək və dünya standartlarına uyğun xidmət təklif etməkdir”.