Hövsanda qadın bankomtdan pul çıxaran şəxsə hucum edib, pullarını alıb –FOTO

Suraxanı rayonu Hövsan qəsəbəsində qadına qarşı quldurluq edilib. Zərərçəkən şəxs evə gedən zaman naməlum şəxs ona yaxınlaşaraq zor tətbiq etməklə içərisində 200 manat pul və şəxsi sənədləri olan çantasını ələ keçirib.
Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Hövsan qəsəbəsində yaşayan Şəhanə Nəbizadə saxlanılıb. O, ifadəsində qadını bankomatdan pul çıxaran zaman gördüyünü və onu izləyərək quldurluq etdiyini etiraf edib.
Araşdırma zamanı Şəhanə Nəbizadənin Hövsan qəsəbəsində bir məzildən də məişət əşyaları oğurladığı məlum olub.
Faktlarla bağlı Suraxanı Rayon Polis İdarəsində Cinayət İşi başlanılıb. Şəhanə Nəbizadə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub, araşdırmalar davam etdirilir.
https://www.youtube.com/watch?v=vi4YgmI3pGA
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qazaxıstan Prezidenti Almatıya gedib

Sonrakı məqalə

Brüsseldə NATO-Rusiya Şurasının iclası başlayıb