Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Hüquq təhsili olmayanlar da məhkəmədə işləyə biləcək –

User 18 Noyabr 2025 - 10:15 (Last updated: 18 Noyabr 2025 - 14:28)
mehkeme

Məhkəmələrdə məhkəmə iclas katibi vəzifəsinə qəbul olunan şəxslərin dairəsi genişləndirilir.

Bu barədə Məhkəmə-Hüquq Şurasından məlumat verilib.

Məlumata görə, Məhkəmə-Hüquq Şurası tərəfindən ölkəmizin bəzi bölgələrində hüquqşünas kadrlarının çatışmazlığı, müvafiq vəzifənin öhdəlikləri, həmçinin yaranmış zərurətlə əlaqədar birinci və apellyasiya instansiyası məhkəmələrində məhkəmə iclas katibi vəzifəsinin tutulma şərtləri araşdırılıb.

Belə ki, müvafiq vəzifə təlimatının “Təhsilə dair tələblər” bölməsində Hüquqşünaslıq ixtisası ilə yanaşı, Filologiya, Fəlsəfə, Tərcümə (dillər üzrə), Jurnalistika, Kitabşünaslıq, Tarix, Politologiya, Psixologiya, Sosiologiya, Regionşünaslıq (regionlar üzrə), Beynəlxalq münasibətlər, Kitabxanaçılıq və informasiya, Dövlət və ictimai münasibətlər, Dövlət və bələdiyyə idarəetməsi və Sosial iş ixtisasları da daxil edilib.

Qeyd olunub ki, bu dəyişiklik aşağıdakı məqsədlərə xidmət edir:

Kadr potensialının genişləndirilməsi: Bölgələrdə işçi çatışmazlığının aradan qaldırılması və məhkəmələrin fasiləsiz fəaliyyətinin təmin olunması.
Məhkəmə proseslərinin effektivliyinin artırılması: İş yükünün daha ədalətli bölünməsi və iclasların təşkilati dəstəyinin gücləndirilməsi.
Gənclərin məhkəmə sisteminə cəlb edilməsi: Humanitar və sosial sahələr üzrə ali təhsil almış şəxslərin dövlət qulluğu və məhkəmə fəaliyyətinə inteqrasiyasına dəstək.
İnzibati idarəetmə keyfiyyətinin yüksəldilməsi: Dil, kommunikasiya, analitik təfəkkür və təşkilati bacarıqlar üzrə üstünlüklərə malik kadrların məhkəmələrin gündəlik fəaliyyətinə cəlb olunması.

Qeyd edilib ki, indiyədək məhkəmə iclas katibi vəzifəsinə yalnız “Hüquqşünaslıq” ixtisası üzrə ali təhsili olan şəxslər müraciət edə bilirdilər. Yeni mexanizm daha çevik və inklüziv kadr siyasətinin həyata keçirilməsinə imkan verəcək və məhkəmə sistemində insan resurslarının inkişafına mühüm töhfə verəcək.

AzPost.az

Post navigation

Previous: “ABŞ Rusiya ilə danışıqlar üzərində işləyir” –
Next: Bitkoinin qiyməti 90 min dollardan aşağı düşüb

Oxşar xəbərlər

avto07
  • Sosial

Qış gəlməmiş avtomobildə yoxlanmalı 7 detal – sürücülər bu səhvləri etməsin

User 01 Noyabr 2026 - 18:00
pehriz
  • Sosial

Arıqlamaq istəyənlər üçün: Aclıq çəkmədən çəki azaltmağın yolları

User 01 Noyabr 2026 - 17:30
Tibbi Yardım
  • Sosial

Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib

User 31 Oktyabr 2026 - 21:55

xƏBƏR

mehriban teatr01
  • Mədəniyyət

Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib

User 02 Noyabr 2026 - 00:28
Noyabrın 1-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində “Zikra: xatirələr gecəsi”...
Read more about Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib
Netanyahu müharibəni yenidən başlamaq üçün Trampa təzyiq göstərir tramp netanyahu
  • Dünya

Netanyahu müharibəni yenidən başlamaq üçün Trampa təzyiq göstərir

User 01 Noyabr 2026 - 23:02
Tramp İlham Əliyevi G20 sammitinə dəvət etdi ilham tramp 01
  • Baş Yazı

Tramp İlham Əliyevi G20 sammitinə dəvət etdi

User 01 Noyabr 2026 - 21:46
İmkan olsaydı, yenidən prezidentliyə namizədliyimi irəli sürərdim – TRAMP Tramp
  • Dünya

İmkan olsaydı, yenidən prezidentliyə namizədliyimi irəli sürərdim – TRAMP

User 01 Noyabr 2026 - 21:28
Ağacların yarpaqları payızda niyə qızarır? payız
  • Maraqlı

Ağacların yarpaqları payızda niyə qızarır?

User 01 Noyabr 2026 - 19:00
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.