I dərəcə əlilliyi olan şəxslərə Prezident təqaüdü artırıldı –FƏRMAN

Prezident İlham Əliyev “Ümumi xəstəliklə, hərbi xidmət dövründə xəstələnmə ilə, əmək zədəsi və peşə xəstəliyi ilə, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə bağlı səbəblərdən I dərəcə əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 mart tarixli 128 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” fərman imzalayıb.

Fərmana əsasən, ümumi səbəblərdən I dərəcə əlilliyi olan şəxslərə aylıq Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği 100 manatdan 130 manata qaldırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

Azərbaycanda bir gündə 1064 nəfər yoluxub –

Sonrakı məqalə

Pensiyada olan elmlər doktoru və fəlsəfə doktorlar üçün Prezident təqaüdü təsis edildi –