İcra başçısının oğlunu öldürən ömürlük məhbus məhkəməyə müraciət edib

Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlu Ruslan Aslanovun qətlində təqsirləndirilən və hazırda ömürlük həbs cəzası çəkən Vüqar Əliyev Cinayət Məcəlləsində olan dəyişikliklərlə bağlı cəzasının azaldılması ilə bağlı məhkəməyə müraciət edib.

Qaradağ rayon Məhkəməsində V. Əliyevin ərizəsi təmin edilməyib.

Qərarla razılaşmayan V. Əliyev Qaradağ rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verib.

Şikayət Bakı Apelyasiya Məhkəməsində hakim Elmar Rəhimovun icraatına verilib.

Qeyd edək ki, Əliyev Vüqar İbrahim oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.4, 152, 170.3, 177.2.1, 228.4-cü maddələri ilə təqsirli bilinib Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 22 dekabr 2003-cü il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Xatırladaq ki, Şəmkirin sabiq icra başçısı, sonralar isə kənd təsərrüfatı nazirinin müavini olmuş Aslan Aslanovun oğlunun qətlində iki nəfər Vüqar Əliyev və Lamiyə Quliyeva təqsirləndirilərək həbs olunublar. L.Quliyevə 2015-ci ildə Bakı Apelyasiya Məhkəməsindən azadlığa buraxılıb. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Məhkəmə Cahangir Hacıyevin cəzasının azaldılması ilə bağlı xahişini təmin etməyib

Sonrakı məqalə

Prezident İlham Əliyev Həzi Aslanovun abidəsini ziyarət edib