İctimai yerlərdə 7 koronavirus xəstəsi saxlanılıb –DİN

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən aprelin 16-da respublika ərazisində 7 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyindən bildirilib ki, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

“Bir daha vətəndaşlarımızdan koronavirusla əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələrini xahiş edirik”, – deyə DİN-dən bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Xalq artisti Eldar Quliyev sabah dəfn olunacaq

Sonrakı məqalə

Qubadlıda Ermənistan ordusunun atıb qaçdığı döyüş sursatları aşkar edilib –