“İdlib probleminin həllində Türkiyəyə dəstək vermək istəyirik” –

ABŞ rəsmisi
11 Fevral 2020 - 21:43

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri Türkiyəyə səfər edib.

O, yerli vaxtla saat 18.35-də Ankaranın Esenboğa Hava limanına enib.

Ceyms Cefri jurnalistlərə açıqlamasında bildirib ki, səfərdə məqsəd İdlib problemi ilə bağlı rəsmi Ankaraya dəstək olmaqdır: “Türkiyə hökuməti ilə sözügedən problemi gözdən keçirmək və mümkün olduğu qədər məsələnin həllinə dəstək vermək istəyirik”.

Çeyms Cefri bildirib ki, ABŞ  NATO müttəfiqi olan Türkiyənin hərbi qüvvələrinin İdlibdə təzyiqlərə məruz qalmasına qarşıdır.