İdlibdə həlak olan Türkiyə hərbçilərinin sayı 29-a çatdı-

36 hərbçi yaralanıb
28 Fevral 2020 - 03:25

İdlibdə Türkiyə Silahlı Qüvvələrinin 29 hərbi qulluqçusu şəhid olub, 36 hərbçi isə yaralanıb.

NTV kanalı xəbər verir ki, bu barədə Hatay valisi Rahmi Doğan bildirib.

İdlibdə Türkiyə Silahlı Qüvvələri hava hücumuna məruz qalıb.

hazırda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Beştəpədəki Prezident Adminstrasiyasında təcili toplantı keçirib.

Toplantıda Türkiyənin Müdafiə naziri Hulusi Akar, Xarici işlər naziri Mövlud Çavuşoğlu, Milli Təhlükəsizlik Təşkilatının rəhbəri Hakan Fidan iştirak edib.