Gəncədə tanınmış idmançının oğlunu pul üstündə qətlə yetirməkdə təqsirləndirilən Emil Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Dadaş İmanovun icraatına verilib.
Qeyd edək ki, hadisə ötən il Gəncədə yerləşən “Miraj” çay evinin qarşısında baş verib. 1 manat üstündə yaranmış mübahisə nəticəsində 1995-ci il təvəllüdlü şəxs Elnur Alıyev bıçaqla qətlə yetirilib.
Davanın digər iştirakçısı 1983-cü il təvəllüdlü Məmmədov Emil Elxan oğlu isə ağır yaralanıb. Xəstəxanaya yerləşdirilən yaralının həyatını xilas etmək mümkün olub.
Bildirilib ki, pul üstündə mübahisə edən şəxslər bir-birinə bıçaq xəsarətləri yetiriblər.
Onu da qeyd edək ki, qətlə yetirilən E. Alıyev Gəncədə kikboksinq üzrə tanınmış məşqçi İlqar Alıyevin oğludur. (APA)