Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

III Bakı Təhlükəsizlik Forumu keçirilib –

User 22 Sentyabr 2025 - 18:26 (Last updated: 22 Sentyabr 2025 - 18:33)
dtx01

2025-ci il sentyabrın 21-də Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı və 90-a yaxın ölkənin xüsusi xidmət orqanlarının rəhbərlərinin və yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə “Terror aktları və silahlı münaqişələr zamanı humanitar böhranların və qlobal texnogen fəlakətlərin qarşısının alınmasında təhlükəsizlik orqanlarının birgə fəaliyyəti” mövzusunda III Bakı Təhlükəsizlik Forumu keçirilib.

AzPost bildirir ki, bu barədə DTX-nın mətbuat xidməti məlumat yayıb.

Tədbir açıq elan edildikdən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin forumun iştirakçılarına müraciəti oxunmuş, ardınca konfransın mövzusu ilə bağlı videomaterial nümayiş etdirilmişdir.

Açılış nitqi ilə çıxış edən DTX-nin rəisi general-polkovnik Əli Nağıyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulan və ənənəvi olaraq hər il təşkil edilən forumun iştirakçılarını növbəti dəfə Bakı şəhərində salamlamaqdan məmnun olduğunu bildirmiş, dünyanın müxtəlif bölgələrindən olan ölkələrin təhlükəsizlik orqanlarını dəyirmi masa ətrafında birləşdirən və iştirakçı dövlətlərin sayının ildən-ilə artması ilə müşayiət olunan bu tədbirin beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi, məlumat və qarşılıqlı fikir mübadilələrinin aparılması, qlobal təhlükəsizliyə yönələn müasir çağırışlarla mübarizədə səylərin birləşdirilməsi baxımından önəmli platformaya çevrildiyini vurğulamış, forumun keçirilməsində göstərdiyi hərtərəfli dəstəyə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü ifadə etmişdir.

Xidmət rəisi beynəlxalq təhlükəsizlik sisteminə təhdidlər sırasında yer alan terror hücumlarının, silahlı münaqişələrin, texnogen qəzaların və ekoloji fəlakətlərin qarşısının alınmasında xüsusi xidmət orqanlarının vacib rol oynadığını, sadalanan mənfi təzahürlərin nəticəsində yaranan humanitar böhranlar zamanı kompleks yanaşmanın sərgilənməsinin, ölkələrin təhlükəsizlik qurumlarının və aidiyyəti təsisatlarının koordinasiyalı fəaliyyət göstərməsinin zəruriliyini diqqətə çatdırmışdır.

Daha sonra tədbir müvafiq ölkələrin xüsusi xidmət orqanlarının nümayəndələrinin çıxışları ilə davam etmiş, budəfəki Bakı Təhlükəsizlik Forumunun da beynəlxalq və regional təhlükəsizliyin təminatı üçün birgə səylərin səfərbər olunmasına, xüsusi xidmət orqanları arasında əməliyyat diplomatiyasının, qarşılıqlı fəaliyyətin, ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafına mühüm töhfələr verəcəyinə əminlik ifadə olunmuşdur.

Tədbir nümayəndə heyətlərinin rəhbərləri tərəfindən Bakı Təhlükəsizlik Forumunun Bəyannaməsi və Əsasnaməsinin qəbul edilməsi ilə başa çatmışdır.

AzPost.az

Post navigation

Previous: Okeanın dibində 400 milyon avroluq bahalı maşın qəbristanlığı –
Next: İsrail Suriya ərazisindən çıxmalıdır

Oxşar xəbərlər

Tibbi Yardım
  • Sosial

Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib

User 31 Oktyabr 2026 - 21:55
hava proqnozu haqqında
  • Sosial

Noyabrın 1-nə olan hava proqnozu

User 31 Oktyabr 2026 - 13:03
xalca sexi
  • Sosial

Azərbaycanda xalça istehsalı 61 dəfədən çox artıb

User 31 Oktyabr 2026 - 12:16

xƏBƏR

oturaq isler
  • Maraqlı

Gün ərzində saatlarla oturmaq orqanizmə necə təsir edir?

User 01 Noyabr 2026 - 17:00
Müasir insanın həyatının böyük hissəsi oturaq vəziyyətdə keçir. Səhər avtomobildə və ya avtobusda, gün ərzində iş masasının...
Read more about Gün ərzində saatlarla oturmaq orqanizmə necə təsir edir?
Azərbaycanın qızıl ixracı 31,6 faiz artıb dollar qizil
  • İqtisadiyyat

Azərbaycanın qızıl ixracı 31,6 faiz artıb

User 01 Noyabr 2026 - 16:15
Süni intellekt bumeranqı – Şirkətlər işdən çıxardıqları əməkdaşları geri çağırır suni intelekt is
  • Media

Süni intellekt bumeranqı – Şirkətlər işdən çıxardıqları əməkdaşları geri çağırır

User 01 Noyabr 2026 - 16:00
Yağ qiymətlərində kəskin bahalaşma – İstehsal azalır, idxal artır kere yaqi
  • İqtisadiyyat

Yağ qiymətlərində kəskin bahalaşma – İstehsal azalır, idxal artır

User 01 Noyabr 2026 - 15:39
Media və Yayım Şurası Bəyanat yaydı – “Jurnalistlərə qarşı zorakılıq narahatlıq doğurur” beyanat
  • Media

Media və Yayım Şurası Bəyanat yaydı – “Jurnalistlərə qarşı zorakılıq narahatlıq doğurur”

User 01 Noyabr 2026 - 14:05
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.