Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Kriminal

İki günə kartlardan 180 min oğurlanıb –

User 21 Dekabr 2024 - 17:17 (Last updated: 21 May 2025 - 20:15)
kart bank
Kiber dələduzlar 2 gün ərzində vətəndaşların bank kartlarından 180 min manatdan çox pul oğurlayıblar. 
Azpost.info bildirir ki, bu barədə DİN mətbuat xidmətinin rəisi Elşad Hacıyev öz paylaşımında qeyd edib.
E.Hacıyev deyib ki, fırıldaqçılar xarici nömrələrdən zəng vuraraq bank əməkdaşlarının adları ilə danışır və kartın məxfi kodunu istəyirlər: ““Bankdandır”, “bank kartınıza müdaxilə var” adı ilə talama halları var və geniş vüsət alıb”.
DİN rəsmisi vətəndaşlara müraciət edərək bildirib ki, bu tipli zənglərə ehtiyatla yanaşsınlar:
“Bank işçiləri heç vaxt bankın göndərdiyi SMS-də kart kodu, PİN kodu və ya digər kod, məlumatlar tələb etmirlər. Yalnız fırıldaqçılar gizli kodlarla maraqlanır”.
E.Hacıyev son iki günün 19-20 dekabr tarixlərində bank kartlarından oğurlanmış vəsaitləri açıqlayıb. Ayrı-ayrı vətəndaşlara məxsus bank kartlarından 50000, 13000, 10000, 8650, 8400, 4715, 4700, 7250, 4000, 3900, 3572, 3500, 2360, 2340, 2396, 2397, 2300, 2200, 1960, 1886, 1500, 1480, 1480, 1300, 1150, 900, 850, 750, 740, 570, 410, 400, 378, 200, 170, 130, 100, 97, 51, 50 manat oğurlanıb.
DİN rəsmisi deyib ki, bu sırada elə zərərçəkmişlər var ki, özündə olan digər kartların da məlumatlarını verib. Nəticədə həmin kartlarda olan vəsaitlər də oğurlanıb: “Heç bir halda bank kartında məxfi məlumatlar naməlum şəxsə verilə bilməz. Çünki bu məlumatlarla maraqlanan şəxsin məqsədi pullarınızı talamaqdır”.
E.Hacıyev vətəndaşlar arasında bankların bu fırıldaqçılara məlumat ötürməsi barədə səslənən iddiları rədd edib:  “Hansısa bankdan məlumat ötürülməsi faktı yoxdur. Banklarla birgə də işləyirik, əməkdaşlıq var. Banklar riskləri bölüşür”.
Azpost.info

Post navigation

Previous: COP29 ərəfəsində dünyanın 200-ə yaxın KİV-i Azərbaycanla bağlı neqativ məlumat yayıb
Next: “Milad bazarında terror göstərdi ki, “açıq sərhədlərə” son qoyulmalıdır”

Oxşar xəbərlər

Bıçaq
  • Kriminal

Salyanda oğul anasını, atasını və qardaşının arvadını bıçaqlayıb, ana ölüb

User 27 Oktyabr 2026 - 14:42
turk jurnalist
  • Kriminal

Azərbaycanda türkiyəli köşə yazarı axtarışa verildi, cinayət işi açıldı –

User 16 Oktyabr 2026 - 16:20
xirdalan mek
  • Kriminal

Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edildi

User 16 Oktyabr 2026 - 09:25

xƏBƏR

bebir
  • Maraqlı

Bəbirin hücumuna məruz qalan zoopark əməkdaşı öldü

User 27 Oktyabr 2026 - 23:13
Niderlandda safari parkının bəbirin hücumuna məruz qalan əməkdaşı vəfat edib. Associated Press agentliyinin məlumatına görə, hadisə şənbə...
Read more about Bəbirin hücumuna məruz qalan zoopark əməkdaşı öldü
Husilər Səudiyyənin Müdafiə Nazirliyini raketlə vurduqlarını açıqladı husiler
  • Dünya

Husilər Səudiyyənin Müdafiə Nazirliyini raketlə vurduqlarını açıqladı

User 27 Oktyabr 2026 - 22:22
Pezeşkian Putinlə görüşdü – Hansı məsələlər müzakirə edilib? putin pezeskian
  • Dünya

Pezeşkian Putinlə görüşdü – Hansı məsələlər müzakirə edilib?

User 27 Oktyabr 2026 - 21:36
Ramiz Mehdiyevə 14 il həbs cəzası verildi – Bütün əmlakı müsadirə olundu ramiz
  • Sosial

Ramiz Mehdiyevə 14 il həbs cəzası verildi – Bütün əmlakı müsadirə olundu

User 27 Oktyabr 2026 - 21:30
Maqnit implantları protez əli hiss etməyə imkan verdi – xəstə artıq hərəkətlərini gözlə izləməyə bilər protez
  • Maraqlı

Maqnit implantları protez əli hiss etməyə imkan verdi – xəstə artıq hərəkətlərini gözlə izləməyə bilər

User 27 Oktyabr 2026 - 20:48
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.