Rusiya son vaxtlar yüksək itkilər fonunda Ukraynanın şərqində hava uçuşlarını əhəmiyyətli dərəcədə azaltmağa məcbur olub. Bu məcburi fasilənin nə qədər davam edəcəyi hələlik məlum deyil.
Azpost.info bildirir ki, bu barədə ABŞ-ın Müharibə Tədqiqatları İnstitunun (ISW)-hesabatında deyilir.
ISW-nin Ukrayna Hərbi Hava Qüvvələrinə istinadən verdiyi məlumata görə, martın 2-də axşam saatlarında daha iki Su-34-ün vurulmasından sonra Ukraynanın şərqində Rusiya aviasiyasının fəaliyyəti tamamilə dayandırılıb. Hərbi Hava Qüvvələrinin rəhbəri Yuri Qnat bildirib ki, Rusiya aviasiya aktivliyindəki azalma martın 3-də də davam edib.
Analitiklərin fikrincə, fevralın 17-dən bu günə qədər işğal qüvvələr 15 təyyarə itirib. Ümumilikdə, rusların ehtimal ki, 300-ə yaxın müxtəlif “SU” qırıcıları var. Əvvəlki hava itkiləri də Rusiyanı xeyli müddət ərzində pauza verməyə məcbur edib.
ISW ekspertləri bildiri ki, Rusiya qüvvələri gəlcəkdə hava itkilərini qəbul edərək hücum əməliyyatlarına dəstək verəcəklər. Bu halda, Rusiya komandanlığı şüurlu şəkildə Ukraynanın şərqində gələcək uğurların ardınca aviasiya itkiləri riskini öz üzərinə götürəcək.
Qırıcılardan əlavə, Rusiya iki A-50 RDLO təyyarəsini itirib. Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiyanın cəmi altı A-50 RDLO təyyarəsi qalıb.