İlham Əliyev Abel Məhərrəmovla bağlı sərəncam verdi

25 Noyabr 2019 - 19:20

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin (BDU) əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Ölkə başçısının sərəncamı ilə BDU-nun keçmiş rektoru, akademik Abel Məhərrəmov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunub.

Qeyd edək ki, A.Məhərrəmov hazırda BDU-nun Üzvi kimya kafedrasının müdiridir.