İlham Əliyev bu gün Özbəkistana səfər edəcək

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 21-i Özbəkistana səfər edəcək.

Bu barədə məlumat Özbəkistan Prezidentinin rəsmi saytında yerləşdirilib.

İki gün davam edəcək səfər Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti əsasında baş tutur.

Səfər zamanı sənaye, nəqliyyat, kənd təsərrüfatı, energetika, elm və innovasiya, turizm və digər istiqamətlər üzrə ikitərəfli sənədlərin imzalanması gözlənilir.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.