Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

İlham Əliyev Gürcüstana işgüzar səfərə gedib –

User 24 Oktyabr 2022 - 11:53 (Last updated: 21 May 2025 - 20:15)
ilham sefer brusel

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də Gürcüstana işgüzar səfərə gedib.

Azərbaycanın və Gürcüstanın Dövlət bayraqlarının dalğalandığı Tbilisi şəhərinin Şota Rustaveli Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidentini Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili və digər rəsmi şəxslər qarşılayıblar.

İşgüzar səfər çərçivəsində Gürcüstan Baş naziri İrakli Qaribaşvili və Azərbaycan Prezidenti İlham Əliyevin ikitərəfli əlaqələrin gündəliyində olan bütün vacib məsələləri müzakirə etmək fürsəti olacaq. APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan xarici işlər naziri İlia Darçiaşvili jurnalistlərə açıqlamasında deyib.

Bildirib ki, görüşdə hər iki ölkənin regionda sülh və sabitliyin təmin edilməsindəki rolu müzakirə ediləcək.

“Bu gün biz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfərini gözləyirik. Bildiyiniz kimi, Gürcüstan və Azərbaycanın yaxın strateji tərəfdaşlığı, yaxşı qonşuluq münasibətləri var. Səfər çərçivəsində Gürcüstanın Baş naziri və Azərbaycan Prezidenti bir tərəfdən ikitərəfli əlaqələrimizin bütün vacib məsələlərini müzakirə etmək fürsəti əldə edəcək. İkitərəfli əlaqələrimizlə bağlı genişmiqyaslı məsələlər var və bugünkü işgüzar səfər bu məsələlərin müzakirəsi üçün fürsət olacaq. Müzakirə ediləcək digər vacib mövzu isə regional çağırışlar fonunda iki ölkənin regionumuzda sülh və sabitliyi necə təmin etməli olduğu və çoxtərəfli formatlarda, regional çağırışlar fonunda mövcud olan bütün məsələlərdir”, – deyə XİN başçısı bildirib.

Post navigation

Previous: Rusiya, Azərbaycan və Ermənistan liderləri Soçidə görüşəcək
Next: “Sabah xəstələnə, sabah ölə bilərəm…”

Oxşar xəbərlər

aqrar03
  • Baş Yazı

Azərbaycanda aqrar sahə ilə bağlı yeni qanun hazırlanır – Fermerləri nə gözləyir?

User 23 Oktyabr 2026 - 15:05
ilham ferhad
  • Baş Yazı

Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib -YENİLƏNİB

User 23 Oktyabr 2026 - 14:58
yasil enerji esas
  • Baş Yazı

Azərbaycan Avropaya yaşıl enerji satacaq – Ölkə ildə nə qədər qazana bilər? / ANALİZ

User 23 Oktyabr 2026 - 14:19

xƏBƏR

serhed rus esas
  • İqtisadiyyat

Azərbaycanla Rusiya arasındakı sərhəd-keçid imkanları 5 dəfə artıb

User 23 Oktyabr 2026 - 20:30
Rusiya ilə Azərbaycan arasındakı sərhəd-keçid imkanlarının buraxılış qabiliyyəti son altı ildə təxminən 5 dəfə artıb. Bu barədə...
Read more about Azərbaycanla Rusiya arasındakı sərhəd-keçid imkanları 5 dəfə artıb
Axşam yeməyində bu 5 qidaya üstünlük verin – Həzmi, yuxunu yaxşılaşdırır qida axsam
  • Maraqlı

Axşam yeməyində bu 5 qidaya üstünlük verin – Həzmi, yuxunu yaxşılaşdırır

User 23 Oktyabr 2026 - 20:15
Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı kocaryan
  • Dünya

Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı

User 23 Oktyabr 2026 - 20:07
Google telefon nömrənizi bütün hesablarınıza bağlaya bilər – bunu necə dayandırmalı? google podkast
  • Maraqlı

Google telefon nömrənizi bütün hesablarınıza bağlaya bilər – bunu necə dayandırmalı?

User 23 Oktyabr 2026 - 20:05
Pendirin ürəyə faydası nədir? – Alimlər maraqlı nəticə açıqladı pendirler
  • Maraqlı

Pendirin ürəyə faydası nədir? – Alimlər maraqlı nəticə açıqladı

User 23 Oktyabr 2026 - 19:55
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.