İlham Əliyev və Paşinyan İspaniyada görüşəcəkmi? –"Sabah axşama qədər aydınlıq olacaq”

Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel  oktyabrın 5-də İspaniyanın Qranada şəhərində keçiriləcək Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Ermənistan və Azərbaycan liderləri arasında görüş təşkil etməyə çalışır.

Azpost.info TASS-a istinadən bildirir ki, bu barədə Aİ-nin yüksək vəzifəli nümayəndəsi Brüsseldə jurnalistlərə bildirib.

“İndidən görüş haqqında danışmaq tezdir. Sabah axşama qədər aydınlıq olacaq”, -deyəo, jurnalistlərin Aİ-nin iki lider arasında görüş təşkil edə bilib-bilməyəcəyi ilə bağlı sualının cavabında bildirib.

Diplomatın sözlərinə görə, Aİ aralarında münasibətlərin normallaşdırılmasında irəliləyişə nail olmaq üçün Ermənistan, Azərbaycan, o cümlədən Fransa, Almaniya və Avropa Şurasının iştirakı ilə “iki üstəgəl üç” formatında görüş təşkil etməyə çalışır.

Azpost.info

Əvvəlki məqalə

Prezidentin xüsusi nümayəndəsi İrana gedib

Sonrakı məqalə

Xoşbəxt Yusifzadə vəfat edib