İlham Əliyev Moldovanın yeni seçilmiş Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Moldova Respublikasının yeni seçilmiş Prezidenti Maya Sandunu təbrik edib.

Təbrikdə deyilir: “Hörmətli xanım Sandu,

Moldova Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Moldova ənənəvi dostluq və əməkdaşlıq münasibətləri birgə səylərimizlə xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Moldova xalqının rifahı naminə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakı-Naxçıvan aviareysi bərpa olunur

Sonrakı məqalə

Avropa Komissiyasının eksperti ermənilərin Qarabağda törətdikləri dağıntılar barədə məlumatlandırılıb