Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Mədəniyyət

İlham Əliyev məşhur yazıçını təbrik etdi

User 17 May 2026 - 14:15 (Last updated: 17 May 2026 - 14:27)
ilham aliyev

Prezident İlham Əliyev məşhur qazax yazıçısı Oljas Süleymanovu təbrik edib.

Təbrikdə deyilir:

Hörmətli Oljas Süleymenov!

Sizi – müasir ədəbi fikrin görkəmli nümayəndəsini və tanınmış ictimai xadimi 90 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı və çoxşaxəli fəaliyyətinizdə uğurlar arzulayıram.

Böyük şair, publisist, ədəbiyyatşünas və tədqiqatçı olaraq Siz türk dünyasının fitri bədii istedada malik qüdrətli simalarındansınız. Yüksək vətəndaşlıq amalı özünün ənənələrə bağlılığı və dərin koloriti ilə seçilən yaradıcılığınızı geniş oxucu auditoriyasına daim sevdirmişdir. Planetar düşüncənin məhz milli dəyərlər əsasında formalaşdığına inanaraq meydana gətirdiyiniz hər yeni əsər mədəniyyət hadisəsinə çevrilmişdir. Parlaq ədəbi şəxsiyyət kimi zəngin ömür yolunuz vətənə və xalqa təmənnasız xidmətin nümunəsidir.

Ötən əsrin 80-ci illərindən etibarən ictimai-siyasi həyat meydanındakı coşqun fəaliyyətinizi həmişə məmnunluqla xatırlayırıq. Azərbaycanın haqq işini hər addımda ürəkdən dəstəkləməyiniz və Qələbəmizi bütün türk dünyasının tarixi nailiyyəti hesab etməyiniz bizə mənəvi güc verir.

Türk xalqları arasında həmrəyliyin möhkəmləndirilməsinə və qarşılıqlı humanitar əlaqələrin genişləndirilməsinə töhfələriniz danılmazdır. Ölkəmizə münasibətiniz bizim üçün dostluq və qardaşlığın həqiqi meyarıdır.

Əminəm ki, yaratdığınız irs gələcək nəsillərin ortaq keçmişimizə və mədəni-mənəvi sərvətlərimizə ehtiram ruhunda tərbiyəsi baxımından bundan sonra da xüsusi əhəmiyyət kəsb edəcəkdir.

 

AzPost.az

Post navigation

Previous: Britaniyanın Baş naziri istefa verməyə hazırlaşır
Next: Sabah da yağış yağacaq –

Oxşar xəbərlər

Anar
  • Mədəniyyət

“Tərcümə Mərkəzinə ayrılmış büdcə AYB-yə verilməlidir” – ANAR

User 13 Noyabr 2026 - 16:25
aslan01
  • Mədəniyyət

Tanınmış aktyor Aslan Fətullayev vəfat edib

User 10 Noyabr 2026 - 15:21
suksina esas
  • Mədəniyyət

Məşhur sovet kino aktrisası 88 yaşında vəfat edib

User 07 Noyabr 2026 - 14:03

xƏBƏR

herbci ermeni esir
  • Sosial

Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin istintaqı başa çatdı

User 13 Noyabr 2026 - 17:20
Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ilə bağlı ibtidai istintaq başa çatıb. İttiham aktı tərtib edilən cinayət işi prokurora...
Read more about Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin istintaqı başa çatdı
Arvadına milyardlıq mirasdan heç nə vermədi – Ted Törnerin vəsiyyəti açıqlandı ceyn fonda terner
  • Şou Biznes

Arvadına milyardlıq mirasdan heç nə vermədi – Ted Törnerin vəsiyyəti açıqlandı

User 13 Noyabr 2026 - 17:10
“Əqidəmi dəyişə bilmərəm” – Şvartsenegger Respublikaçılar Partiyasından niyə imtina etmir? svartsnegger
  • Dünya

“Əqidəmi dəyişə bilmərəm” – Şvartsenegger Respublikaçılar Partiyasından niyə imtina etmir?

User 13 Noyabr 2026 - 17:03
Avropa neftdən xilas olmaq istəyir, amma Çindən asılı vəziyyətə düşür – TƏHLİL yasil enerji esas
  • Sosial

Avropa neftdən xilas olmaq istəyir, amma Çindən asılı vəziyyətə düşür – TƏHLİL

User 13 Noyabr 2026 - 16:33
“Tərcümə Mərkəzinə ayrılmış büdcə AYB-yə verilməlidir” – ANAR Anar
  • Mədəniyyət

“Tərcümə Mərkəzinə ayrılmış büdcə AYB-yə verilməlidir” – ANAR

User 13 Noyabr 2026 - 16:25
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.