MDB Dövlət başçıları Şurasının Moskvada keçirilən iclası zamanı Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Paşinyan arasında qeyri-rəsmi söhbət olub.
Azpost.info bildirir ki, bu barədə görüntülər Kreml jurnalistləri yayıb.
İclasdan sonra İlham Əliyev və Paşinyan Rusiya jurnalistlərinin Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı sualını cavablandırıblar.
Prezident İlham Əliyevin cavabı lakonik olub: “Hər şey razılaşdırılandan sonra”.
Nikol Paşinyan qeyd edib: “Mən artıq öz təklifimi irəli sürmüşəm: Sazişi imzalamaq üçün razılaşdırılmış məzmun var”.