2020-ci ilin ilk Ay tutulması sona çatıb.
Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından APA-ya verilən xəbərə görə, bu, yarımkölgəli Ay tutulması olub. Saat 21:08-də başlayan tutulma hadisəsisaat 01:12-də sona çatıb. Tutulma hadisəsini Avropa, Asiya, Afrika, Avstraliyada müşahidə etmək mümkün olub. Tutulmanın maksimum fazasında Ay adi bədirlənmiş (dolu) aydan bir az tünd görünüb. Tutulma hadisəsi Azərbaycanda da müşahidə olunub.
Qeyd edək ki, 2020-ci ildə 4 Ay tutulması müşahidə olunacaq. Bütün tutulmalar yarımkölgəli Ay tutulması olduğundan adi gözlə görmək çətin olacaq.