Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Media

İlk dəfə qeyri-formal təhsildə təlimçinin əl kitabı hazırlanıb

User 07 Avqust 2025 - 18:07 (Last updated: 07 Avqust 2025 - 18:07)
kitab

Azərbaycanda qeyri-formal təhsilə dəstək vermək məqsədilə təhsil mühitinə və gənclərlə iş sektoruna mühüm töhfə olacaq yeni nəşr “Qeyri-formal təhsildə təlimçinin əl kitabı” oxuculara təqdim olunub.

Metodiki və praktiki vəsait qeyri-formal təhsil sahəsində çalışan təlimçilər üçün nəzərdə tutulmuş geniş metodik bələdçi, müxtəlif istiqamətlərdə təlim sessiyaları təşkilatçıları, təlimçi və fasilitatorlar, gənclərlə işləyən mütəxəssislər, sosial layihə rəhbərləri, təhsil təşkilatçıları və könüllü fəaliyyət koordinasiyaçıları, o cümlədən də təhsilin müxtəlif səviyyələrinqəümumi orta və ali təhsil müəllimləri üçün də qiymətli praktik qaynaqdır.

Vəsaitdə qeyri-formal təhsilin nəzəri əsaslarından başlayaraq, təlimçi səriştələri, öyrənmə üslubları, təlimin planlaşdırılması, fasilitasiya üsulları, qiymətləndirmə metodları, münaqişələrin idarə olunması və media savadlılığı kimi mövzular geniş şəkildə işıqlandırılır. Oxucular burada 250-dən çox müxtəlif interaktiv fəaliyyət nümunələri, oyunlar, hərəkətləndiricilər və təlim sessiyalarının və təlimin qurulmasında onlara lazım olacaq praktiki sənəd formaları da tapa bilərlər. Kitabın əsas üstünlüyü nəzəri biliklərlə yanaşı, dərhal tətbiq oluna biləcək praktik alətləri təqdim etməsidir.

Vəsait təlimlərin daha yaradıcı, iştirakçı yönümlü və nəticəyönümlü keçirilməsinə imkan yaradır. Eyni zamanda yerli təcrübələr və gənclərlə işdə istifadə oluna biləcək real nümunələr kitabın dəyərini artırır. Belə ki, təlimçilər, təhsil işçiləri və bu qəbildən olan peşə sahibləri kitabı gündəlik yol yoldaşı kimi öz çantalarında gəzdirə, lazımi məqamlarda rahat şəkildə istifadəm edə bilir.

Kitabın müəllifləri uzun illərdir təlimçilik, gənclərlə iş və təhsil sahəsində fəaliyyət göstərən Zamin Məmmədov, Ülvi Məmmədov və Elnur Arifzadədir. Onlar müxtəlif beynəlxalq proqramlarda, forumlarda, təlim kurslarında və yerli layihələrdə təlimçiliklə bağlı qazandıqları önəmli və zəngin təcrübəni bu nəşrdə bir araya gətiriblər.

Nəşrdə həmçinin beynəlxalq təşkilatların, qeyri-formal təhsil məktəblərinin, sahə mütəfəkkirlərinin metodik materiallarının uyğunlaşdırılmış hissələri də yer alır. Yerli müəlliflər tərəfindən hazırlanmış bu ilk sistemli vəsaitin sektorda boşluğu əhəmiyyətli dərəcədə dolduracağı gözlənilir.

Kitabı əldə etmək üçün müəlliflərin özləri ilə əlaqə saxlamaq lazımdır. Yaxında kitab mağazalarından da almaq mümkün olacaq.

AzPost.az

Post navigation

Previous: “Barselona” qapıçını kapitanlıqdan uzaqlaşdırıb
Next: 76 yaşlı Valeri Leontyev uzun fasilədən sonra səhnəyə qayıdır

Oxşar xəbərlər

ilham aliyev
  • Media

Radio və televiziya əməkdaşları təltif olundu – SƏRƏNCAM / SİYAHI

User 05 Noyabr 2026 - 16:37
1
  • Media

TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak edib

User 05 Noyabr 2026 - 13:40
ayfon 17
  • Media

Azərbaycanda iPhone mövqelərini niyə itirir? – Samsung və Xiaomi önə keçir

User 02 Noyabr 2026 - 15:05

xƏBƏR

suksina esas
  • Mədəniyyət

Məşhur sovet kino aktrisası 88 yaşında vəfat edib

User 07 Noyabr 2026 - 14:03
Məşhur sovet və Rusiya aktrisası Lidiya Fedoseyeva-Şukşina 88 yaşında vəfat edib. Bu barədə “MK” nəşri məlumat yayıb....
Read more about Məşhur sovet kino aktrisası 88 yaşında vəfat edib
Ölkədə 2,2 milyon nəfərə hər ay 900 milyon manat ödənilir – Adambaşına nə qədər düşür? Sosial müavinətlər və təqaüdlərlə bağlı
  • Baş Yazı

Ölkədə 2,2 milyon nəfərə hər ay 900 milyon manat ödənilir – Adambaşına nə qədər düşür?

User 07 Noyabr 2026 - 13:56
Hərbçilərə ali hərbi rütbələr verildi – SƏRƏNCAM ilham aliyev
  • Baş Yazı

Hərbçilərə ali hərbi rütbələr verildi – SƏRƏNCAM

User 07 Noyabr 2026 - 13:48
“Çırağ”ın gətirdiyi qazanc…- 29 ilə 60 mlrd dollar ciraq
  • İqtisadiyyat

“Çırağ”ın gətirdiyi qazanc…- 29 ilə 60 mlrd dollar

User 07 Noyabr 2026 - 13:17
İlham Əliyev Ağdam Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub ilham aqdam01
  • Sosial

İlham Əliyev Ağdam Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

User 07 Noyabr 2026 - 13:11
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.