Amerikalı milyarder İlon Mask “Neuralink” şirkəti görmə qabiliyyətini bərpa edən beyin implantını yaratdıqlarını bəyan edib.
Azpost.info bildirir ki, o bu barədə X sosial şəbəkəsində bildirib.
Maskın sözlərinə görə, bu implant kor insanların görmə qabiliyyətini bərpa edə biləcək.
“Blindsight” “Neuralink” şirkətinin növbəti məhsuludur. İnanırıq ki, hətta anadangəlmə kor doğluanların da belə görmə qabiliyyətini bərpa edə bilərik”, – Mask yazıb.
Sahibkar aydınlaşdırıb ki, impalnat artıq meymunlar üzərində sınaqdan keçirilir. Mask deyib ki, təcrübələr zamanı onlara heç bir zərər dəyməyib.
O, həmçinin izah edib ki, ilk vaxtlarda görmə və təsvir aşağı ola bilər, lakin zaman keçdikcə normal insan görmə səviyyəsinə çatmaq mümkündür.