Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

İlon Mask “SpaceX”-in mənzil qərargahını Texas ştatına köçürür

User 16 Fevral 2024 - 14:26 (Last updated: 21 May 2025 - 20:15)
mask

Tarixi və iqtisadi səbəblərə görə, ABŞ-ın bir çox şirkətlərinin ofisləri Delaver ştatında yerləşir. Yerli ədliyyə orqanları ilə münasibətləri korlanan İlon Mask sahib olduğu kompaniyaları digər ştatlarda qeydiyyata salmağa çalışır.

İş adamı bu yaxınlarda “SpaceX” kompaniyasını mənzil qərargahını Delaverdən Texasa köçürmək üçün müvafiq qurumlara müraciət edib.

Delaver ştatı vergi ödəyicisi kimi dünyanın ikinci ən böyük özəl şirkətinin getməsindən çox şey itirəcək. Bəzi hesablamalara görə, İlon Maskın aerokosmik kompaniyasının kapitallaşması 180 milyard dollar təşkil edir. Kosmosa yüklərin çatdırılması üçün sərfəli kommersiya və hökumət müqavilələri Texas ştatının büdcəsi üçün “qızıl mədəninə” çevrilə bilər.

Delaver ştatının məhkəmə sistemləri ilə münaqişə vəziyyətində olan İlon Mask ABŞ-dakı biznes sahiblərini də “bu ştatdan mümkün qədər tez köçməyə” çağırıb.

Yerli məhkəmə orqanları biznesmenə “Twitter” sosial şəbəkəsini alarkən bir çox problem yaradıb. Nəticədə İlon Mask sonradan adını “X” ilə əvəzlədiyi sosial şəbəkəni Nevada ştatında qeydiyyata salıb.

Həmçinin Delaver dairə məhkəməsi İlon Maskın “Tesla” kompaniyasının Baş direktoru vəzifəsində işinə görə aldığı 56 milyard dollar mükafatın şişirdilmiş olduğu qənaətinə gəlib. Amerikalı sahibkar bundan sonra “Tesla” kompaniyasını “Texasda” qeydiyyata salmaq niyyətində olduğunu bildirib. İlon Mask bu ayın əvvəlində özünün digər özəl şirkəti “Neuralink” startapını da Nevada ştatına köçürüb.

Post navigation

Previous: Bakı–Tbilisi–Ceyhan kəməri ilə neft nəqli azalıb
Next: Türkiyə XİN AŞPA-ya Azərbaycanla bağlı çağırış edib

Oxşar xəbərlər

qida süfre
  • Sosial

Səhər yeməyində bu qidaları yeyənlər diqqətli olsun – Diabet riskini artırır

User 30 Oktyabr 2026 - 10:00
Milli Məclisin
  • Sosial

Ombudsman vəzifəsinə 3 namizəd irəli sürülüb

User 30 Oktyabr 2026 - 09:36
mekbebli inti
  • Sosial

Bakıda məktəbdə yıxılaraq ölən Gü­nel Salyanda dəfn olunub – Yeni detallar

User 29 Oktyabr 2026 - 19:32

xƏBƏR

qida süfre
  • Sosial

Səhər yeməyində bu qidaları yeyənlər diqqətli olsun – Diabet riskini artırır

User 30 Oktyabr 2026 - 10:00
Sürətli hazırlanan sıyıqlar, şirniyyatlar, un məmulatları və ağ çörəyin müntəzəm istehlakı qanda şəkərin səviyyəsinin kəskin yüksəlməsinə səbəb...
Read more about Səhər yeməyində bu qidaları yeyənlər diqqətli olsun – Diabet riskini artırır
İsraildə səslər sayıldı, Netanyahu 53 mandat qazandı israil
  • Dünya

İsraildə səslər sayıldı, Netanyahu 53 mandat qazandı

User 30 Oktyabr 2026 - 09:50
Bu günə olan valyuta məzənnələri valyuta
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 30 Oktyabr 2026 - 09:43
Ombudsman vəzifəsinə 3 namizəd irəli sürülüb Milli Məclisin
  • Sosial

Ombudsman vəzifəsinə 3 namizəd irəli sürülüb

User 30 Oktyabr 2026 - 09:36
Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər netanyahu
  • Dünya

Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər

User 29 Oktyabr 2026 - 20:30
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.