İlon Maskın sərvəti 32 milyard dollara çatıb

Biznesmen İlon Maskın sərvəti bir həftə ərzində 1,7 milyard dollar artıb və 32 milyard dollara çatıb.

Bu barədə “Forbes” bildirib.

Qeyd edilir ki, belə göstərici Maskın 22% səhmə malik olduğu “Tesla” şirkətinin kapitallaşmasının artımı hesabına qeyd edilib.

Məlum olub ki, bir həftə ərzində şirkətin bazar qiyməti 16% artıb və 100 milyard dollara çatıb.

Belə sıçrayış “Tesla”ya dünyanın avtomobil şirkətləri arasında kapitallaşdırma üzrə ikinci yeri tutmağa imkan yaradıb. Birinci yerdə Yaponiyanın “Toyota” şirkəti qərarlaşıb. (Report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İranın raket hücumu nəticəsində 34 ABŞ əsgəri beyin travması alıb

Sonrakı məqalə

Cəriməsi ödənilməyən avtomobillər sərhəddən buraxılmayacaq