İranın raket hücumu nəticəsində 34 ABŞ əsgəri beyin travması alıb

Pentaqon cümə günü bildirib ki, İranın bu ayın əvvəli İraqda ABŞ bazalarına raket hücumu nəticəsində 34 ABŞ əsgərinə travmatik beyin xəsarəti və beyin sarsıntısı diaqnozu qoyulub.

Onların yarısı artıq İraqa geri dönüb, digərləri isə Almaniya və Birləşmiş Ştatlarda müalicə olunur.

“Bunlar qısa müalicələrdir”– deyə, Pentaqonun sözçüsü Conatan Hoffman müxbirlərə bildirib və xəbərdarlıq edib ki, raket hücumu nəticəsində zərər çəkən əsgərlərin sayı arta bilər.

O, daha çox əsgərin müalicələrini davam etdirmələri üçün ABŞ-a geri dönə biləcəklərinə dair “böyük ehtimalın” olduğunu bildirib.

ABŞ rəsmiləri ilk olaraq yanavarın 8-də İraqda əl-Əsəd hava bazasına raket hüucmu nəticəsində heç bir ABŞ əsgərinin xəsarət almadığını bildirmişdi.

Ötən həftə isə ABŞ-ın ordu rəsmiləri beyin sarsıntısı simptomları olan 11 əsgərin İraqdan evakuaisya edildiyini bildirdi. Rəsmilər o zamandan bəri yeni məlumat verməyi rədd edib.

Tramp: “çox ciddi deyil”

Prezident Donald Tramp çərşənbə günü əsgərlərin xəsarətlərinin ciddi olmadığını söyləyib: “Mən onlarda baş ağrıları və başqa simptomların olduğunu eşitdim, amma deyə bilərəm ki, onlar ciddi deyil” – deyə, o, Davosa səfəri zamanı söyləmişdi.

“Mən onları şahid olduğum digər xəsarətlərlə müqayisədə ciddi xəsarətlər hesab etmirəm. Mən ayaq və qolları olmayan insanlar görmüşəm” – o deyib.

Pentaqon cümə günü bildirib ki, beyin travması diaqnozu qoyulan 34 əsgərdən 17-i Almaniyada, 1-i isə Küveytdə tibbi müəssisələrə köçürülüb.

Küveytə göndərilən hərbi qulluqçu artıq İraqa geri dönüb. Almaniyadakı əsgərlərdən doqquzu müalicələrini davam etdirmək üçün ABŞ-a göndərilib, digər səkkizi isə Almaniyada qalıb.

Hoffman cümə günü ordunun bu xəsarətlərə ciddi yanaşdığını və ABŞ-ın tibbi personalının beyin travması və ya sarsıntısı simptomları, o cümlədən baş ağrısı, işığa həssaslıq və ya ürək bulantısı olan əsgərləri yaxından izlədiklərini bildirib.

O həmçinin deyib ki, ABŞ-ın müdafiə naziri Mark Esper Pentaqonun beyin sarsıntısı və digər xəsarətləri necə təqib etdiyinə yenidən nəzər yetirililməsinə dair göstəriş verib.

“Məqsəd şəffaf və dəqiq olmaq, habelə Amerika xalqı və hərbi qulluqçuları düzgün məlumatla təmin etməkdir”, Hoffman söyləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İsmayıllıda Qəbələyə turist aparan avtobus qəzaya düşüb-

Sonrakı məqalə

İlon Maskın sərvəti 32 milyard dollara çatıb